Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Füzuli, Tərtər və Goranboy rayonlarında səyyar Sənəd Qəbulu Komissiyaları (SQK) yaradır. Bu barədə SİA-ya TQDK-nın mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, səyyar SQK-lar ümumtəhsil müəssisələrini əvvəlki illərdə bitirən məzunların elektron ərizələrini rahat şəraitdə təsdiqini təmin etmək üçün yaradılır. Səyyar SQK-lar aşağıdakı tarixlərdə fəaliyyət göstərəcək.
|
Rayonun adı |
Tarix |
Saat |
Ünvan |
|
Füzuli |
11-15 aprel |
10:00-17:00 |
Təhsil şöbəsi, Horadiz ş. Gənclər pr. |
|
Tərtər |
11-15 aprel |
10:00-17:00 |
Gənclər Mərkəzi, Heydər Əliyev pr. 2 |
|
Goranboy |
11-15 aprel |
10:00-17:00 |
Heydər Əliyev Mərkəzi, Heydər Əliyev pr. 2 |
Xatırladaq ki, cari ilin məzunları elektron ərizələrini SQK-ya müraciət etmədən özləri təsdiq edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB