Könüllü işləmək istəyənlərin nəzərinə

Könüllü işləmək istəyənlərin nəzərinə

Bakı Şəhəri üzrə Təhsil İdarəsi könüllü əsaslarla işləmək arzusunda olan gənc oğlan və qızları əməkdaşlığa dəvət edir. Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər İdarənin müxtəlif sektorlarında 3 ay təcrübə keçmək imkanı qazanacaqlar.

Təhsil İdarəsindən SİA-ya verilən məlumata görə, intizamlı, xoşrəftar, kollektivdə işləmək bacarığı olan, kompüterdə işləməyi bacaran, xarici dil bilikləri olan, ali təhsilli və ya təhsil müəssisələrində son kurslarda oxuyan gənclər könüllü fəaliyyət göstərmək üçün müraciət edə bilərlər.

Fürsəti dəyərləndirmək üçün tərcümeyi halınızı [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

Qeyd edək ki, könüllü kimi 3 ay müddətində işləyib öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə BŞTİ tərəfindən sertifikat veriləcək ki, bu da onların növbəti iş həyatına uğurlu bir keçid fürsəti olacaq.

Əlaqə telefonu: (012) 599-12-22 (daxili: 6112, 6114)

Aşağıdakı sektorlara uyğun ixtisaslar üzrə müraciət etməyiniz xahiş olunur:

İnsan resursları sektoru

İctimaiyyətlə əlaqələr sektoru

Ümumi təhsil sektoru

Məktəbdənkənar fəaliyyətin təşkili sektoru

İnformasiya təminatı sektoru

Ümumi sektor

Təminat və təchizat sektoru

Maliyyə və mühasibatlıq sektoru

İnkişaf layihələri sektoru

Bütün xəbərlər Facebook səhifəmizdə