Təhsil Nazirliyi jurnalistlər üçün təlim təşkil edir

Təhsil Nazirliyi jurnalistlər üçün təlim təşkil edir

Təhsil Nazirliyinin təşkilatçılığı ilə aprelin 14-dən 16-dək bu qurumla əməkdaşlıq edən kütləvi informasiya vasitələrinin nümayəndələri üçün maarifləndirici təlim keçiriləcək. Nazirlikdən SİA-ya verilən məlumata görə, təlimin təşkilinin əsas məqsədi təhsil sahəsində görülən işlərin ictimaiyyətə çatdırılması, maarifləndirmə tədbirlərinin aparılması, media ilə səmərəli əməkdaşlığın qurulmasıdır.

Təlimdə iştirak etmək istəyən media nümayəndələri aprelin 10-dək https://docs.google.com/forms/d/1eIsWmCkxfEEDVu7E0QZWeA4UGjHZWJgdNzkGcSSdG8Q/edit keçidi vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Yerlər məhdud sayda olduğu üçün qeydiyyatdan ilk keçmiş media nümayəndələri təlimdə iştirak hüququ qazanacaqlar.

Üç günlük təlim "Jumeirah Bilgah Beach" otelində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə