TQDK-nın keçirəcəyi SAT imtahanının vaxtı bəlli oldu

Mayın 7-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) növbəti SAT imtahanını keçirəcək. TQDK-dan SİA-ya verilən məlumata görə, imtahana online qaydada qeydiyyat davam edir.

İmtahanda iştirak edəcək şəxslər saat 07:45-dən gec olmayaraq tələb edilən sənədlərlə birlikdə imtahan binasında olmalıdırlar. İmtahan saat 08:30-da başlanacaq.

http://www.tqdk.gov.az/exam/sat/qeydiyyat/ keçidi vasitəsilə təqdim edilən təlimatla tanış olaraq, SAT imtahanına qeydiyyatdan keçmək mümkündür.

İmtahan mərkəzinin ünvanı: Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1M, TQDK-nın inzibati binası.

Bütün xəbərlər Facebook səhifəmizdə