Bu yaxınlarda Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən OeAD mərkəzinin – Avstriya Mübadilə Xidməti ilə alman dili üzrə ÖSD imtahan mərkəzi arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən Avstriyalı mütəxəssislər-Beate Foltin və Sandra Braun tərəfindən 4-7 aprel 2016-cı il tarixlərində adıçəkilən mərkəzin əməkdaşlarına ÖSD imtahanları üzrə təlimlər keçiriləcək.
ADU-dan SİA-ya verilən məlumata görə, təlimlərdən sonra Azərbaycanda ilk dəfə Azərbaycan Dillər Universitetində 8-9 aprel 2016-cı il tarixlərində alman dili üzrə ÖSD imtahanları təşkil olunacaq və bu imtahanlar mütəmadi olaraq hər 3-4 aydan bir Dillər Universiteti tərəfindən həyata keçiriləcək. Bununla da ADU Avstriya, İsveçrə və Almaniyada tanınan dil sertifikatları vermək hüququnu əldə edəcək.
Qeyd edək ki, Avstriyanın alman dili üzrə beynəlxalq sertifikat verən qurumu olan ÖSD nəinki Avstriyada, hətta Almaniya və İsveçrədə də tanınır. Belə ki, həmin sertifikatlar əmək bazarında, ali təhsil məktəblərində, digər tədris müəssisələrində, eləcə də yaşayış hüququ aldıqda keçərli hesab olunur.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB