Əvvəlki illərdə ümumtəhsil məktəblərində oxuyub ümumi orta və tam orta təhsilini bitirə bilməyən şagirdlər üçün 11, 12, 13 may tarixlərində eksternat qaydasında imtahanlar keçiriləcəkdir. Aprel ayının 1-dən eksternat imtahanlarda iştirakı üçün qeydiyyatı başlayıb. Bu barədə SİA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
İdarədən verilən xəbərə görə, qeydiyyat 1-20 aprel tarixlərində, iş günləri saat 14:00-dan 17:00-dək aparılacaq. Sənəd qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsində həyata keçiriləcək.
Eksternat imtahanları Bakı şəhəri 45 nömrəli tam orta məktəbdə baş tutacaq. Ərizələri BŞTİ tərəfindən qəbul edilmiş eksternlər 4, 5, 6 may tarixlərində saat 10:00-dan 16:00-dək 45 nömrəli tam orta məktəbdən imtahana buraxılış vərəqələrini əldə edə biləcəklər. İmtahan 3 gün ərzində əsas fənlər üzrə keçiriləcək. Hər günə ən çoxu 5 fənn üzrə imtahan verilməsi nəzərdə tutulub və hər imtahan günü üçün 3 saat vaxt təyin edilib.
Qeyd edək ki, eksternat imtahanlarında uğur qazanan şəxslər şəhadətnamə və attestat almaq üçün müvafiq olaraq ümumi orta təhsil və tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar. İmtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslinin gətirilməsi vacibdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB