Ekspert: "Təhsil müəssisələrinin üzərinə çox məsuliyyətli vəzifələr düşür" AÇIQLAMA

Ekspert: "Təhsil müəssisələrinin üzərinə çox məsuliyyətli vəzifələr düşür" AÇIQLAMA

"Azərbaycanlıların soyqırımı günü unudulmamalıdır. Buna görə yeni nəslə 1918-ci il martın 31-də baş verən hadisələr haqqında daim məlumat vermək lazımdır. Sözügedən işlərdə təhsil müəssisələrinin, xüsusən də orta ümumtəhsil məktəblərinin üzərinə böyük və çox məsuliyyətli vəzifələr düşür". Bunu SİA-ya açıqlamasında Azərbaycan Respublikasının əməkdar müəllimi, təhsil eksperti Almaz Həsrət deyib.

O qeyd edib ki, bütün məktəblərin fəaliyyət planında buna bənzər tədbirlərin keçirilməsinə dair qeyd mövcuddur: "Məktəblərimizdə azərbaycanlıların soyqırımı günü ilə bağlı müxtəlif tədbirlər keçirilir. Yeni nəsil dərk etməlidir ki, babalarımız hansı qan bahasına, hansı çətinliklərə sinə gərərək torpaqlarımızı qoruyub, mərdcəsinə döyüşüblər".

Ekspert bildirib ki, yeni nəslin məlumatlandırılmasında internetin də rolu böyükdür: "Şagirdlərimiz sosial şəbəkələr və KİV-dən də azərbaycanlıların soyqrımı ilə bağlı lazımi məlumatları əldə edə bilirlər. Yeni nəslin bu kimi tarixi hadisələri daha mükəmməl bilməsi üçün əlavə işlərə də ehtiyac var. Hər məktəb öz saytında bu barədə yazılar yerləşdirməlidir. Şagirdlər tərəfindən yazılan məqalələr və məktəbdə çəkilən rəsm əsərləri internetdə daim yayılmalıdır. Sosial şəbəkələrdə müxtəlif dillərdə daha çox tarixi məlumatlar paylaşılmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə