“Son zəng”in tarixi açıqlandı

Dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır
“Son zəng”in tarixi açıqlandı

Bu il ümumtəhsil müəssisələrində "Son zəng" tədbirlərinin keçiriləcəyi tarix açıqlanıb. Təhsil Nazirliyinin mətbuat xidmətindən daxil olan məlumata görə, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilən dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır: "Bununla əlaqədar, "Son zəng" tədbirləri iyunun 14-də keçiriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə