Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə aprelin 8-də Beyləqan şəhərində vətəndaşlarla görüş keçirəcək. Bu barədə SİA-ya TQDK-nın mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, qəbulda Beyləqan, Füzuli, Zərdab və İmişli rayon sakinləri iştirak edə bilərlər. Qəbul saat 11:00-da Beyləqan şəhəri, Gənclər Mərkəzində (Heydər Əliyev pr., 7) başlanacaq.
Qəbula yazılmaq istəyən vətəndaşların Komissiyanın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (www.tqdk.gov.az/SedrinQebulu) və ya TQDK-nın Ağcabədi regional bölməsinə (Ünvan: Ağcabədi şəhəri, F.Əlizadə küç., 1) müraciət etmələri (əlaqə tel.: (021) 275-55-94) xahiş olunur.
Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Beyləqan, Füzuli, Zərdab və İmişli rayon Təhsil Şöbələrinə də 29 mart - 07 aprel 2016-cı il tarixlərində (şənbə və bazar günü istisna olmaqla), saat 10:00-dan 17:00-dək müraciət edə bilərlər.
Qeyd edək ki, qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB