ADİU-da “Azərbaycan-2016. Birinci Beyin Həftəsi” keçirildi

ADİU-da “Azərbaycan-2016. Birinci Beyin Həftəsi” keçirildi

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) "İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım" İctimai Birliyinin ("İTEFY") təşkilatçılığı ilə "Azərbaycan-2016. Birinci Beyin Həftəsi" layihəsi həyata keçirilib. Universitetdən SİA-ya verilən məlumata görə, layihənın məqsədi beyni düzgün və səmərəli istifadə etmək barədə ictimaiyyəti məlumatlandırmaq, cəmiyyətimizdə beyinə verilən önəmi artırmaqdır. Bu məqsədlə ADİU-da TEDx konseptinə uyğun olaraq müxtəlif mövzularda təlimlər təşkil edilib.

Təlimlərdə "Bilik təməlli qlobal kapitalizm", "Beyindəki Satın Al düyməsinin sirri", "Karyera və beyinarası əlaqə. Fərdi effektivlilik üsulları" mövzuları müzakirə edilib. Qlobal kapitalizmin meydana gəlmə səbəbləri, əsas inkişaf mərhələləri barədə təlim iştirakçılarına məlumat verilib, müasir elm sahəsi olan neyromarketinqin taktikaları açıqlanıb.

Qeyd edək ki, hər il martın üçüncü həftəsi dünyanın 70-dək ölkəsində qeyd olunan "Beyin Həftəsi" ölkəmizdə ilk dəfə keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə