Bakı Slavyan Universitetinin rektoru, proessor Asif Hacıyev Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Marek Tsalkanı qəbul edib. BSU-nun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüş çərçivəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub. Polşaşünaslıq üzrə təhsil alan tələbələrin bu dili daha mükəmməl mənimsəmələri üçün onların Polşada dil təcrübəsi keçmələri barədə müzakirələr aparılıb. Rektor Polşanın Varşava Universiteti ilə sıx əlaqələri barədə danışıb. Qeyd edilib ki, BSU tərəfindən polyak dilindəAzərbaycan ədəbiyyatı nümunələri çap olunub.
Polşa ilə Azərbaycan arasındakı əlaqələrdən danışan Marek Tsalka təhsil sahəsindəki münasibətlərə də toxunub, BSU ilə Polşanın ali təhsil müəssisələri arasında mövcud olan əməkdaşlıqla bağlı layihələrdən, polşaşünaslıq üzrə mütəxəssis hazırlığının səviyyəsindən, bu sahədə aparılan elmi araşdırmalardan və nəşrlərdən razı qaldığını dilə gətirib. Bildirilib ki, 2016-cı ildə Polşada görkəmli yazıçıHenrik Senkeviçin xatirəsinə Henrik Senkeviçİli elan olunub. Görüş zamanı Polşa səfirliyinin BSU-nun Polyak dili və mədəniyyəti mərkəzi iləSenkeviçGünüçərçivəsində silsilə tədbirlər keçirməsi qərara alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB