Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Haydrun Tempel Bakı Ali Neft Məktəbində (BANM) "Almaniyanın bərpaolunan enerji sahəsində təcrübəsi" mövzusunda təqdimatla çıxış edib. BANM-dan SİA-ya verilən məlumata görə, tədbiri açan BANM-in rektoru Elmar Qasımov səfir Haydrun Tempeli salamlayaraq onu Ali Məktəbdə görməkdən məmnunluğunu ifadə edib. Ali Məktəbin bir sıra beynəlxalq şirkətlərlə əməkdaşlıq etdiyini deyən rektor Elmar Qasımov BANM-ın Almaniyanın E.ON şirkəti ilə əlaqələrinin qurulduğunu, həmçinin Almaniyanın Axen Universiteti ilə bərpaolunan enerji ilə bağlı əməkdaşlıq etdiyini bildirib.
Elmar Qasımov deyib ki, bu əməkdaşlıq sayəsində Azərbaycanda ilk dəfə "Bərpaolunan enerji mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzi" BANM-da yaradılıb. O, Ali Məktəbin yeni kampusunda həmin mərkəz üçün yüksək səviyyədə təchiz olunmuş laboratoriyanınolduğunu nəzərə çatdırıb. Almaniyada bu sahənin yüksək səviyyədə inkişaf etdiyini deyən rektor Azərbaycanın bu sahədə ilk addımlarını atdığını vurğulayaraq, bununla bağlı Ali Məktəbdə görülən işlərdən danışıb. Rektor xanım səfirin Azərbaycandakı diplomatik missiyasını başa çatdırdığını bildirərək onun ölkəmizi xoş təəssüratlarla tərk edəcəyinə əminlik ifadə edib. Elmar Qasımov xanım səfirə gələcək işlərində uğurlar arzulayıb.
Səfir Haydrun Tempel BANM-da olmaqdan məmnunluq bildirərək Ali Məktəbin Almaniya universitetləri ilə əməkdaşlığını yüksək dəyərləndirib. SonraHaydrun Tempel "Almaniyanın bərpaolunan enerji sahəsində təcrübəsi" mövzusunda məruzə təqdim edib. O, öz təqdimatında tələbələrə Almaniyanın bərpaolunan enerji sahəsində əldə etdiyi təcrübədən və bu istiqamətdə aparılan işlərdən söz açıb. Səfir təqdimatında bərpaolunan enerji sahəsində elmi və innovativ metodların tətbiqini vurğulayaraq, Almaniyanın bu sahədə qazandığı təcrübədən də bəhs edib. O, BANM-da yaradılan mərkəzin gələcəkdə həmin elmi metodların ölkəmizdə tətbiq olunmasına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Sonda səfir tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıb.
Tədbirin sonunda BANM-ın rektoru Elmar Qasımov Haydrun Tempelə Ali Məktəbin "Fəxri qonaq" diplomunu təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB