“Kaspi” tələbələri və gənc məzunları təcrübə proqramına dəvət edir

“Kaspi” tələbələri və gənc məzunları təcrübə proqramına dəvət edir

Pedaqoji sahədə təhsil alan tələbə və məzunlar üçün təcrübə proqramı başlayır.

Real iş imkanı və təcrübəsi artıq sizin üçün problem olmayacaq. Ölkənin qabaqcıl təhsil şirkəti olan "Kaspi" pedoqoji sahədə təhsil alan tələbələri və gənc məzunları təcrübə proqramına dəvət edir. Təcrübə proqramının tərkib hissəsi kimi sizə peşəkar müəllim heyəti ilə çalışmaq , real məktəb şəraitində dərs təqdim etmək və təlimlərdə iştirak etmək imkanı yaradır. Bakalavriatura pilləsinin 4-cü kurs tələbələri, magistratura pilləsinin 1 və 2-ci kurs tələbələri, 2014 və 2015-ci ilin məzunları proqramda iştirak etmək üçün müraciət edə bilərlər.

"Kaspi" ilə uğurlu karyeraya başlamaq üçün ilk addım atmağa hazırsınızsa bu fürsəti qaçırtmayın.

Programla bağlı tələblərlə tanış olun: Tələbələr və universitet məzunları üçün təcrübə proqramı aşağıdakı istiqamətləri əhatə edir: Azərbaycan dili və ədəbiyyat müəllimi

Riyaziyyat müəllimi

İngilis dili müəllimi

Rus dili müəllimi

Kimya müəllimi

Fizika müəllimi

Biologiya müəllimi

Tarix müəllimi

Coğrafiya müəllimi

İbtidai sinif müəllimi

Məktəbəqədər təhsilin pedaqogikası və metodikası.

Təcrübə proqramı: Kaspi liseyləri, Kaspi bağçaları, Kaspi təhsil mərkəzlərində həyata keçiriləcək. Proqram Müddəti: 2 (iki) ay

Son müraciət tarixi: 24 mart, 2016-ci il

Proqrama seçilmiş namizədlərin nahar və yol xərcləri şirkət tərəfindən qarşılanacaq.

Təcrübə proqramının sonunda tələbələr (məzunlar) "Kaspi" Təhsil Şirkəti tərəfindən sertifikatla təmin olunacaqlar.

Təcrübə proqramını uğurla bitirən tələbələr işlə təmin olunma imkanı əldə edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə