"Azərbaycanda "Məktəbəqədər təhsil haqqında" yeni qanun layihəsi hazırlanacaq. Bu məqsədlə artıq yeni işçi qrup yaradılıb. SİA-nın xəbərinə görə, bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında bildirilib.
Komitənin sədri İsa Həbibbəyli deyib ki, hazırda Azərbaycanda məktəbəqədər təhsil sahəsi Nazirlər Kabinetinin 2010-cu ildə təsdiqlədiyi "Məktəbəqədər təhsilin dövlət standartları və proqramı" və Nazirlər Kabinetinin 2012-ci ildə təsdiqlədiyi "Məktəbəqədər təhsilin nümunəvi nizamnaməsi" adlı sənədləri ilə tənzimlənir. Yeni layihədə həmin sənədlərin bır sıra müddəaları daxil ediləcək.
Onun sözlərinə görə, "Təhsil haqqında" qanunun 2-ci fəslinin 18-ci maddəsi bütünlüklə məktəbəqədər təhsilə həsr edilib. Lakin "Təhsil haqqında" qanun çərçivə qanunu olduğundan orada məktəbəqədər təhsillə bağlı yalnız ümumi müddəalar-məktəbəqədər təhsilin əsas məzmunu, yaş həddi, əhatə dairəsi və s. öz əksini tapıb.
Komitə sədri əlavə edib ki, "Təhsil haqqında" qanuna görə, Azərbaycanda məktəbəqədər təhsil 3 yaşdan, 5 yaşdan isə məktəbəhazırlıq dövrü başlayır: "Artıq məktəbəqədər təhsillə bağlı bı sıra ölkələrin də təcrübələrinin öyrənilir. Qanun layihəsinin hazırlanması Milli Məclisin yaz sessiyasının gündəliyinə daxil edilib. Layihənin ilkin variantının mayın ortalarına qədər hazırlanması planlaşdırılır. Əgər layihənin hazırlanmasını çatdıra bilsək, onu I oxunuş üçün də Milli Məclisin müzakirəsinə verə bilərik. Biz məktəbəqədər təhsilə dair əsas anlaylışları, yeni baxışları əlavə etməliyik. Layihə hazırlanarkən bu sistemin bütün mənzərəsi, prinsipləri nəzərə alınmalıdır. Layihədə mütləq məktəbəqədər təhsilin yaş həddini, hətta yaş qruplarını müəyyən etməliyik. Məktəbəqədər təhsil müəssisələrinin idarəedilməsi, maliyyələşdirilməsi, məktəbəqədər təhsildə təlim-tərbiyə işlərinin təşkili, maddi-texniki bazasının qurulması kimi məsələləri layihənin ayrı-ayrı fəsillərinin əsas istiqamətlərinə çevirməliyik".
Məktəbəqədər təhsilin fəaliyyəti Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin yalnız dövlət, özəl və bələdiyyə tiplərinin olduğunu xatırladan İ.Həbibbəyli deyib ki, hazırda dünyada məktəbəqədər təhsilin müxtəlif tipləri-görmə, eşitmə, nitq qabiliyyəti zəif olan uşaqlar üçün xüsusi ixtisaslaşmış məktəbəqədər müəssisələri, korporativ, ailə tipli, internat tipli məktəbəqədər təhsil tipləri var: "Məktəbəqədər təhsil müəssisələrinin tabeçiliyi və onların hansı orqanın tabeçiliyində fəaliyyət göstərməsi qanun predmeti deyil. Azərbaycanda kimsəsiz uşaqlar üçün uşaq evləri var. qanun layihəısində bu məsələ də öz həllini tapmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB