Martın 12-də "Hilton Baku" otelində növbəti "Birləşmiş Krallıqda təhsil" sərgisi təşkil olunub. "British Council-Azərbaycan" təşkilatı tərəfindən Bakıda altıncı dəfə keçirilən sərgidə Birləşmiş Krallıqda yüksək reytinqə malik 15 kollec, məktəb və dil kursları (Alpha Omega College, Ashbourne College, Brockenhurst College, Cardiff Sixth Form College, David Game College, Ellesmere College, Queen Ethelburga's College və s.) barədə ətraflı məlumatlar verilib. Bildirilib ki, bu məktəb və kolleclər şagirdlərin həm Britaniyanın, həm də dünyanın nüfuzlu universitetlərində təhsil almalarına imkan yaradır.

Məktəb və kolleclərdə həm orta məktəbin son illərini əhatə edən GCSE proqramı, həm də orta təhsil ilə ali təhsili birləşdirən, müddəti bir və ya iki il olan "A Level" və digər müvafiq proqramlar tədris olunur.
Sərgidə, həmçinin Britaniyanın müxtəlif şəhərlərində ümumi və biznes ingilis dili kursları, eləcə də yay məktəbləri, akademik təhsildən öncə ingilis dili hazırlığı kursları barədə məlumat verilib.
Təhsil müəssisələrinin nümayəndələri təmsil etdikləri kollec, məktəb və dil kursları ilə bağlı iştirakçılara lazımi məsləhətlər verib, sualları cavablandırıblar.
Xatırladaq ki, "British Council" Böyük Britaniyanın mədəni əlaqələr və təhsil imkanları sahəsi ilə bağlı dünyanın 109 ölkəsində fəaliyyət göstərən aparıcı beynəlxalq təşkilatdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB