Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Şabran, Siyəzən, Xaçmaz, Quba və Qusar rayon sakinləri üçün Şabran şəhər Heydər Əliyev Mərkəzində qəbul keçirib. TQDK-dan SİA-ya verilən xəbərə görə, görüşlə bağlı vətəndaşlara kütləvi informasiya vasitələri və Komissiyanın internet resursları vasitəsilə öncədən məlumat verilib. Qəbula gəlmək istəyən vətəndaşların Komissiyanın internet saytında, TQDK-nın Xaçmaz regional bölməsində və müvafiq rayonların təhsil şöbələrində qeydiyyatı aparılıb.
Komissiya sədri görüşdən əvvəl Ümummilli Lider Heydər Əliyevin Şabran rayonunun mərkəzində ucaldılan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb.
Görüş zamanı vətəndaşlar ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə qəbul qaydaları, buraxılış imtahanları, sınaq imtahanlarının sayının artırılması, elmi-metodiki seminarlar və s. məsələlərə dair TQDK-nın sədrinə rəy və sorğularını bildirmişlər. Müraciətlərin araşdırılması və həll edilməsi üçün qeydiyyatı aparılıb. Komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılacağı vətəndaşlara bildirilib.
Qeyd edək ki, qeydiyyatdan keçənlərlə yanaşı, görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da Komissiya sədri M.Abbaszadə tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB