“Qərbi Azərbaycanın təbii irsi”

“Qərbi Azərbaycanın təbii irsi”

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutu (GGİ)ölkənin qərb hissəsinin geologiya və coğrafiyasına aid təbliğat xarakterli nəşr hazırlayır. AMEA Geologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, işlər YUNESKO tərəfindən maliyyələşdirilən "Qərbi Azərbaycanın təbii irsi" adlı birillik layihə çərçivəsində həyata keçirilir.

Layihənin rəhbəri, Geotektonika və regional geologiya şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Tələt Kəngərli bildirib ki, Azərbaycanın qərb zonasının geologiya və coğrafiyası, o cümlədən nadir təbiət abidələri haqqında mövcud məlumatlar toplanılıb və kitab halında çap ediləcək. Ərazinin faydalı qazıntıları, qeyri-adi geoloji obyektləri və relyef formaları, gölləri, mineral su bulaqlarıvə digər maraqlı təbiət nümunələrinəşrdə öz əksini tapacaq.

İngilis dilində yazılan kitabınbu il ərzində çap ediləcəyi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə