Təhsil naziri Mikayıl Cabbarov tələbə təqaüdlərinin akademik göstəricilərə görə, yəni təhsil naliyyətlərinə görə ödənilməsinin nəzərdə tutulduğunu deyib. SİA xəbər verir ki, nazir, artıq başa çatmış bu semestrdə tələbələrin qiymətlərinin nəzərə alındığını bildirib.
Onun sözlərinə görə, tələbələrə təqaüdlərin ödənilməsi ilə bağlı tətbiq edilən yeni sistem şəffaf, müasir və tələbələr arasında rəqabəti artıran bir sistemdir.
Qeyd edək ki, Azərbaycan Nazirlər Kabineti (NK) "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası"nı təsdiqləyib.
Yeni qaydaya əsasən, fənlər üzrə göstəriciləri 91-100 bal olan tələbələrə "əlaçı" təqaüdü; fənlər üzrə göstəriciləri 71-100 bal olan tələbələrə "həvəsləndirici" təqaüdü veriləcək. Bu halda ən azı bir fəndən akademik göstəricisi 91-100 olmalıdır; fənlər üzrə göstəriciləri 51-100 bal olan tələbələrə "adi" təqaüd veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB