Magistraturaya qəbul imtahanının birinci mərhələsi keçirilib

Magistraturaya qəbul imtahanının birinci mərhələsi keçirilib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) martın 6-da 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsini keçirib. SİA-nın verdiyi xəbərə görə, Bakı, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki və Lənkəran şəhərlərində, ümumilikdə 41 imtahan mərkəzində aparılan imtahan saat 13.00-da başlanıb və saat 15.30-da başa çatıb.

İmtahana nəzarətçi-müəllimlər nəzarət ediblər.

Bu mərhələdə bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsinin yoxlanılması üçün 50 (5-i açıq tipli), informatika üzrə 25 (5-i açıq tipli) və xarici dil üzrə 25 (5-i açıq tipli) test tapşırığı təqdim olunub. Bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

Bütün xəbərlər Facebook səhifəmizdə