"Elektron məktəb" layihəsi çərçivəsində istifadəyə verilən "Valideyn Nəzarət Sistemi"ndə (ael.edu.az) yenilənmə işləri aparılıb və saytın yeni versiyası hazırlanıb. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, hazırda layihəyə ölkə üzrə 43 ümumi təhsil məktəbi cəlb olunub.
Bildirilib ki, layihəyə qoşulan məktəblərdə elektron jurnallardan və valideyn nəzarət sistemindən istifadə olunur. Valideynlər məktəblərdən istifadəçi parollarını almaqla, övladlarının davamiyyətini və nailiyyətlərini onlayn rejimdə ödənişsiz izləyə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB