Məleykə Abbaszadə 5 rayonun sakinləri ilə görüşəcək

Məleykə Abbaszadə 5 rayonun sakinləri ilə görüşəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Şabranda vətəndaşları qəbul edəcək. Bu barədə "Report"a komissiyanın mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, görüş martın 11-də saat 11:00-da Şabran rayonunda yerləşən Heydər Əliyev Mərkəzində (Şabran , H.Əliyev prospekti, 60a) olacaq.

Qəbulda Şabran, Quba, Qusar, Siyəzən, Xaçmaz rayon sakinləri iştirak edə bilərlər.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar TQDK-nın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməli (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya TQDK-nın Xaçmaz regional bölməsinə (Ünvan: Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küç., 7B, tel: (023 32) 50121) müraciət etməlidirlər. Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Şabran, Quba, Qusar, Siyəzən rayon təhsil şöbələrinə də müraciət edə bilərlər.

Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə