Mikayıl Cabbarov: "I sinfə gedən şagirdlərin sayı artacaq"

Mikayıl Cabbarov: "I sinfə gedən şagirdlərin sayı artacaq"

"Yaxın dörd-beş ildə birinci sinfə gedən şagirdlərin sayı artacaq. Çünki müsbət demoqrafik vəziyyətin nəticəsi olaraq hər il birinci sinfə gedən şagirdlərin sayı artır". SİA-nın məlumatına görə, bu fikirləri təhsil naziri Mikayıl Cabbarov deyib.

Mikayıl Cabbarov qeyd edib ki, bu da öz növbəsində təbii ki, təhsil sistemi üçün bir sıra çağırışlar-yeni siniflərin açılması, yeni müəllimlərin hazırlanması deməkdir: "Təhsil Nazirliyi bu istiqamətdə bütün zəruri tədbirləri həyata keçirir. Keçən ildən etibarən Bakı şəhəri üzrə I sinfə qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara qeydiyyat elektron formada aparılır. Məqsəd prosesin sadələşdirilməsi, şəffaflaşdırılması və insan ünsiyyətinin və faktorunun minimuma endirilməsidir".

Qeyd edək ki, 2015-2016-cı tədris ilində Azərbaycanın ümumtəhsil məktəblərinin I siniflərinə 150 mindən çox şagird qəbul olunub. Keçən il Bakı şəhəri üzrə I sinfə gedəcək şagirdlərin sayı 42 723 nəfər olub.

Bütün xəbərlər Facebook səhifəmizdə