“Ali təhsildə magistr hazırlığı” vəsaiti çapdan çıxdı

“Ali təhsildə magistr hazırlığı” vəsaiti çapdan çıxdı

Bakı Dövlət Universitetinin (BDU) magistratura və doktorantura şöbəsinin müdiri, professor Afət Məmmədovanın tərtib etdiyi "Ali təhsildə magistr hazırlığı" adlı metodiki vəsait çap olunub. BDU-dan SİA-a verilən məlumata görə, vəsait magistr hazırlığı üzrə mövcud normativ-hüquqi bazanı, magistr hazırlığı prosesinin təşkilini və həyata keçirilməsini, magistr dissertasiyasının hazırlanması, təsdiqi və müdafiəsi qaydalarının əsas müddəalarını əks etdirir.

Nəşrin redaktoru BDU-nun elm və innovasiyalar üzrə prorektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Aydın Kazımzadədir.

Vəsait bakalavr məzunları, magistrantlar, onların elmi rəhbərləri və məsləhətçiləri, bu sahə ilə məşğul olan təhsil menecerləri üçün nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə