"Özəl məktəblər dövlət məktəblərindən ödənişli olması ilə fərqlənir. Bu sistem kapitalist cəmiyyəti üçün xarakterikdir. Azərbaycanda da çox sayda ödənişli əsaslarla fəaliyyət göstərən özəl təhsil müəssisələri var. Bu cür məktəblərdə maddi-texniki baza daha yenidir. Onlar texniki, laborator avadanlıqlarla, şagirdlərdə yaradıcılıq qabiliyyətlərinin artırılması üçün müxtəlif oyun və idman alətləri ilə təchiz olunublar". Bunu SİA-ya açıqlmasında Azərbaycan Respublikasının əməkdar müəllimi, təhsil eksperti Almaz Həsrət deyib.
O qeyd edib ki, sözügedən yüksək şərait son dönəmdə bəzi dövlət məktəblərində də tədbiq olunmağa başlayıb. Ekspert deyib ki, şagirdlərin savadlılıq dərəcəsi özəl və dövlət məktəblərində təhsil almaqlarından asılı deyil: "Öyrənməyə həvəsi olan şagird, adi ucqar kənd məktəbində oxusa belə, yüksək tərbiyə və hərtərəfli savada malik olur. Çünki hər iki növ məktəbdə əksəriyyəti yüksək intellekt, bacarıq və savada malik olan təhsil işçilərimiz çalışırlar. Xüsusi vurğulamaq istərdim ki, yüksək ödənişli özəl məktəblərdə elə əksəriyyəti dövlət məktəblərində işləyən müəllimlər çalışırlar"
A.Həsrət bildirib ki, daha çox ödənişsiz əsaslarla çalışan dövlət məktəblərinin məzunları ölkəmizi xaricdə sayılıb-seçilən ali təhsil müəssisələrində layiqincə təmsil edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB