İlqar Orucov: "Təhsil prosesinə ictimai nəzarət gücləndirilməlidir" MÜNASİBƏT
"Universitetlərdə istər ödənişli əsaslarla, istərsə də ödənişsiz təhsil alan tələbələrə semestr imtahanlarının nəticəsinə uyğun olaraq verilən təqaüd tələbələr arasında bir növ rəqabət mühiti yaradacaq". Bu fikirləri SİA-ya Azərbaycan Gənc Alim, Aspirant və Magistrlar Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov tələbələrə tədbiq olunan təqaüdlərlə bağlı fikirlərini bölüşərkən deyib.
Onun sözlərinə görə, bu yenilik çox gözəl düşünülmüş bir adımdır: "Bundan sonra tələbələr arasında məhz təqaüdçü olmaq kimi bir mübarizə başlayacaq ki, bu da olduqca sevindirici haldır. Bu mərələdə artıq sağlam rəqabət aparmağa qadir, savadlı gənc mütəxəssislərin formalaşması prosesi başlayacaqdır. Bildiyiniz kimi, artıq ali məktəblərin semester imtahanlarının keçirilməsində xeyli irəliləyişlərə nail olunub. Rüşvətsiz təhsil qurmaq uğrunda ciddi işlər getməsinə baxmayaraq neqativlər barədə hələ də siqnallar vardır. Məhz bunun üçün düşünürəm ki, cəmiyyət öz sözünü deməli, təhsil prosesinə ictimai nəzarət gücləndirilməlidir. Yəni, burada bir məqam da ondan ibarətdir ki, kimlərəsə imkan yaratmaq olmaz ki, xoşməramlı sərəncamdan istifadə edib imtahanlar zamanı qiymətləndirmənin ədalətli olmasına və obyektivliyinə müdaxilə edə bilsinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB