SABAH-ın tələbələri təcrübə keçdi FOTOLAR

SABAH-ın tələbələri təcrübə keçdi FOTOLAR

SABAH qrupları və "Sağlam Təhsil-Sağlam Millət" layihəsinin əməkdaşlığı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin SABAH qruplarında İbtidai sinif müəllimliyi ixtisası üzrə təhsil alan III kurs tələbələri 1-15 fevral 2016-cı il tarixlərində qədər Bakı şəhərindəki 23, 26, 83, 114 və 214 nömrəli tam orta məktəblərin sağlam təhsil texnologiyalarının tətbiq edildiyi ibtidai siniflərində pedaqoji təcrübə keçiblər. Təhsil Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, təcrübənin yekununda yüksək fəallıq göstərmiş tələbələr və təcrübənin müvəffəqiyyətli təşkilinə dəstək olduqlarına görə ibtidai sinif müəllimləri sertifikatla təltif ediliblər.

Qeyd edək ki, 2014-2015-ci tədris ilindən etibarən 7 ali təhsil müəssisəsində yaradılmış, hazırda 11 ali məktəbdə fəaliyyət göstərən, tələbələrə daha üstün təhsil və inkişaf imkanları təklif edən SABAH qrupları ali təhsil sahəsi üzrə ən aparıcı layihələrdəndir.

"Sağlam Təhsil-Sağlam Millət" layihəsi isə ümumi təhsil məktəblərində təhsilalanların sağlamlığının qorunmasına, təlim və yaradıcılıq nailiyyətlərinin yüksəldilməsinə xidmət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə