Bakı Slavyan Universitetində (BSU) Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə keçirilmiş "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi – öyrən, araşdır, paylaş - 2016" Beynəlxalq Multikulturalizm Qış məktəbinin yekunları müzakirə olunub. SİA xəbər verir ki, müzakirələrin gedişində qış məktəbinin fəaliyyəti barədə ətraflı məlumat verilib.
Tədbir iştirakçıları qış məktəbinin təşkili zamanı qarşıya qoyulan məqsədlərə tam nail olunduğunu, Azərbaycana maraq göstərən əcnəbi tələbələrin ölkəmizin dostlarına çevrildiyini, öz vətənlərinə respublikamız barədə ən xoş təəssüratlarla qayıtdıqlarını vurğulayıblar. Tədbirdə gələcəkdə yay və qış məktəblərinin daha yaxşı təşkil olunmasına yönəlmiş təkliflər irəli sürülüb, geniş fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB