Bakı Slavyan Universiteti (BSU)dünyanın tanınmış ali təhsil ocaqları ilə əməkdaşlıq xəttini genişləndirməkdə davam edir. SİA-nın verdiyi xəbərə görə, universitetin Rusiyanın bir çox nüfuzlu ali məktəbləri ilə də əməkdaşlığı var. BSU Moskva Dövlət Humanitar-İqtisadiyyat Universiteti (MDHİU) ilə də yeni əməkdaşlığa imza atıb.
Qeyd edək ki, MDHİUMDB məkanında yeganə universitetdir ki, burada fiziki məhdudiyyətli insanların yüksək səviyyədə təhsil almaları üçün bütün tələblərə cavab verən şərait yaradılıb. Hazırda həmin universitetdə Azərbaycandan üç paralimpiyaçı idmançı təhsil alır.
Əməkdaşlıq müqaviləsində inklyuziv təhsil sahəsində birgə elmi araşdırmaların aparılması, elmi-praktik konfransların və seminarların təşkili, müştərək elmi məcmuələrin və vəsaitlərin nəşri, tərəflərin elmi-metodiki ədəbiyyatla qarşılıqlı təminatı, tələbə və müəllim mübadiləsi nəzərdə tutulur.BSU inklyuziv təhsil üzrə maraqlı tədris proqramlarına və lazımi infrastruktura malik olan bu universitetin təcrübəsinin öyrənilməsi və tətbiqi isqamətində əməkdaşlıqda maraqlıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB