“Elm haqqında” qanun layihəsinin müzakirəsi təxirə salındı

“Elm haqqında” qanun layihəsinin müzakirəsi təxirə salındı

Milli Məclisin bugünkü iclasında "Elm haqqında" qanun layihəsinin 2-ci oxunuşda müzakirəyə çıxarılacağı gözlənilirdi. Layihə parlamentin əvvəlcədən elan olunan gündəliyinə də salınmışdı. Amma iclasın başlamağına az qalmış "Elm haqqında" qanun layihəsinin müzakirəsinin təxirə salındığı məlum olub. SİA-nın məlumatına görə, bu barədə parlamentin iclasında Milli Məclis sədri Oqtay Əsədov da məlumat verib.

Spiker deyib ki, dövlət büdcə layihəsinə dəyişikliklər müzakirəyə çıxarıldığına görə, maliyyə məsələlərinə yenidən baxılacaq: "Buna görə də "Elm haqqında" qanun layihəsinin müzakirəsi təxirə salınır".

Bütün xəbərlər Facebook səhifəmizdə