Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən, professor Dünyamin Yunusov Koreyanın Dongduk Qadınlar Universitetinin professoru Oh Eun-Kyungu ilə görüşüb. Görüşdə ADU ilə Dongduk Qadınlar Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Memorandumda universitetlər arasında akademik və elmi araşdırmaların aparılması, əməkdaşlığın daha da inkişaf etdirilməsi, müəllim-tələbə mübadiləsi və digər məsələlər nəzərdə tutulub.
ADU-dan SİA-ya verilən məlumata görə, görüşdə D.Yunusov universitetin tədris proqramı və fəaliyyət istiqamətləri barədə məlumat verib, burada aparılan elmi tədqiqat işlərindən danışıb. Qeyd edilib ki, burada 22 dil tədris olunur, müxtəlif dil və mədəniyyət mərkəzləri fəaliyyət göstərir.
ADU-nun beynəlxalq əlaqələrindən danışan D.Yunusov Dongduk Qadınlar Universiteti ilə əməkdaşlıqdan məmnunluğunu bildirib.
Professor Oh Eun-Kyung təmsil etdiyi ali məktəbin təhsil sistemi və beynəlxalq əlaqələrindən söz açıb. Vurğulanıb ki, bu universitet on ölkənin 23 universiteti ilə əməkdaşlıq edir. Qonaq memorandumun iki universitet arasında əlaqələrin inkişafına kömək göstərəcəyinə əminliyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB