Magistraturaya sənəd qəbulunun vaxtı başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından SİA-ya verilən məlumata görə, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulunun vaxtı fevralın 20-si saat 12-00-dək uzadılmışdı.
Əvvəlcə TQDK magistraturaya sənəd qəbulunun fevralın 1-dən 19-dək aparılacağını bəyan etmişdi. Daha sonra bu tarix uzadılmışdı.
Qeyd edək ki, magistraturaya imtahanın birinci mərhələsi martın 6-da, ikinci mərhələsi isə iyunun 5-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB