Xəzər Universitetinin nümayəndələri İstanbul sammitində

Xəzər Universitetinin nümayəndələri İstanbul sammitində

Türkiyənin İstanbul şəhərində Avrasiya Universitetləri Birliyinin (AUB) təşkilatçılığı ilə Avrasiya Beynəlxalq Ali Təhsil Sammiti keçirilib. Sammitə Azərbaycan, Türkiyə, Birləşmiş Krallıq, ABŞ və başqa ölkələrdən aparıcı universitetlər qatılıb. Xəzər Universitetindən SİA-ya verilən məlumata görə, bu ali məktəbin təsisçisi, direktorlar və qəyyumlar şurasının sədri, professor Hamlet İsaxanlı və beynəlxalq əlaqələr şöbəsinin direktoru Turan Cəfərova tədbirdə iştirak ediblər.

Sammitinin proqramına panel sessiyalar, "dəyirmi masa" müzakirələri, nüfuzlu spikerlərin seminarları və təhsil sərgisi daxil idi.

Xəzər Universiteti həm təhsil sərgisində, həm də digər tədbirlərdə iştirak edib. Universitetin stendi sammitin bütün günlərində iştirakçılar üçün açıq olub.

Bütün xəbərlər Facebook səhifəmizdə