Bakı Slavyan Universitetində (BSU) "Azərbaycan multikulturalizmi" kafedrasının nəzdində yaradılan Nəzəri-Praktiki Şuranınilk iclası keçirilib. SİA-nın xəbərinə görə, Şuranın tərkibinə görkəmli alimlər, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndələri, müxtəlif təhsil ocaqlarında çalışan müəllimlər və Azərbaycan multikulturalizmini tədqiq edən araşdırmaçılar daxildir.
BSU-nun Azərbaycan Multikulturalizmi kafedrasının müdiri, Nəzəri-Praktiki Şuranın sədri Ülviyyə Abbasova iclası açıqaraq gedişatda müzakirə olunacaq məsələlərdən danışıb. İclasda "Azərbaycan multikulturalizmi" və "Multikulturalizmə giriş" fənnləri üzrə aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb, şura üzvləri qarşısında duran vəzifələr müəyyən edilib, fənlər üzrə tədris prosesinin təkmilləşməsi məqsədilə bir sıra mühüm təkliflərirəli sürülüb.
Şurada vacib istiqamətlər üzrə işçi qrupları müəyyən olunaraq təsdiqlənib. Yeni formalaşan işçi qruplarının fəaliyyəti "Azərbaycan multikulturalizmi", "Multikulturalizmə giriş" fənnləri üzrə keçirilən treninqləri, monitorinq məsələlərini və xaricdə tədris istiqamətini əhatə edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB