Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Şahin Bayramov ABŞ-ın Mayami şəhərində Şimali Amerika regionu üzrə ikinci beynəlxalq universitetlər şəbəkəsi konfransında iştirak edib. ADİU-dan SİA-ya verilən məlumata görə, "Qlobal ali təhsil cəmiyyətinin yaradılması" mövzusuna həsr edilən tədbirin təşkilinin əsas məqsədi ali təhsil sahəsində müasir qlobal trendlərin müzakirəsi, dünyanın müxtəlif regionlarını təmsil edən universitetlər və ali təhsil agentlikləri arasında əməkdaşlığın təşviqi olub.
Üç gün davam edən konfransda Ş.Bayramov "Effektiv əməkdaşlığın yaradılması: ali təhsilin beynəlmiləlləşməsi və universitetlər üçün qlobal çağırışlar" mövzusunda təqdimatla çıxış edib. O, ali təhsilin qloballaşması xüsusiyyətləri, Azərbaycan ali təhsilinin dünya təhsilinə inteqrasiyası prosesi, eləcə də beynəlxalq əməkdaşlığın inkişafı istiqamətində ADİU-da həyata keçirilən tədbirlər barədə məlumat verib.
Tədbir çərçivəsində Ş.Bayramov ABŞ, Yaponiya, Braziliya, İspaniya, Fransa, İtaliya, Çexiya, Hindistan və digər ölkələri təmsil edən universitetlərin və ali təhsil agentliklərinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə universitetlərarası əməkdaşlıq imkanları və ADİU-ya xarici tələbə cəlb olunması məsələləri müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB