Azərbaycan Universitetində informasiya-kommunikasiya texnologiyaları fakültəsi yaradılıb. Universitetdən SİA-ya veriən məlumata görə, kompyuter elmləri, kompyuter mühəndisliyi, riyaziyyat, riyaziyyat və informatika müəllimliyi ixtisasları yeni fakültəyə birləşdirilib.
Fakültənin qarşısında duran əsas vəzifələr qeyd edilən sahələrdə xarici tərəfdaş universitetlərlə birgə kadr hazırlığı və ikili diplom proqramlarının həyata keçirilməsi, sənaye-xidmət müəssisələri və texnoparklarla əməkdaşlığın gücləndirilməsi, elektron laboratoriyanın fəaliyyətinin təşkili, tələbələrin informasiya texnologiyaları layihələrinə cəlb olunmasıdır.
Universitetin elmi şurasının qərarına əsasən bu təhsil müəssisəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə bəzi struktur dəyişiklikləri də aparılıb. Belə ki, iqtisadiyyat və idarəetmə, biznes fakültələri birləşdirilərək biznes və iqtisadiyyat fakültəsi yaradılıb. Sosial işin təşkili və idarə olunması, biznes inzibatçılığı kafedraları isə ləğv edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB