Çexiya səfirliyi BSU-da silsilə mühazirələr təşkil edib

Çexiya Respublikasının Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Bakı Slavyan Universitetinin (BSU) Çexiyaşünaslıq üzrə təhsil alan tələbələrinə silsilə mühazirələr və çex dilindən praktik dərslər təşkil edilib. Universitetin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, mühazirələr bir semestr ərzində səfirliyin əməkdaşları tərəfindən aparılacaq, Çexiyanın tarixi, ölkənin siyasi əlaqələri, iqtisadiyyatı, çex xalqının qədim kökləri, adət-ənənləri, mədəniyyəti kimi mövzuları əhatə edəcək.

Fevralın 17-də BSU tələbələrinə ilk mühazirəni Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, cənabVitezslav Pivonka oxuyub. Səfir V.Pivonka Çexiyanın XV-XVII əsrlərdəki ictimai-siyasi vəziyyəti ilə XX əsrdə cərəyan edən prosesləri müqayisə və təhlil edib, ölkəsinin dünya ölkələri ilə münasibətlərindən söz açıb.

Tələbələrin marağına səbəb olan mühazirədə mövzu əhatəsində disskusiyalar aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə