Magistratura pilləsinə sənəd qəbulu davam edir

Magistratura pilləsinə sənəd qəbulu davam edir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən Respublikanın ali təhsil müəssisələrinin magistratura pilləsinə sənəd qəbulu davam edir. Artıq 8240 bakalavr öz elektron ərizəsini təsdiq edib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin imtahanlara daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə aprelin 3-də ilk sınaq imtahanı keçiriləcək. İmtahan Respublikanın 29 şəhər və rayonunda olmaqla, 61 binada təşkil olunacaq. Qeydiyyat isə fevral ayının 24-dən başlanılacaq. İmtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək. Bu iki sənəddən biri olmadıqda, və ya onlar arasında uyğunsuzluq olduqda, eləcə də başqasının şəxsiyyət vəsiqəsi ilə yazılan abituriyentlər imtahan binasına buraxılmayacaqlar. Magistratura və rezidenturaya qəbul imtahanlarının birinci mərhələsinə hazırlaşan namizədlər üçün sınaq imtahanı online şəkildə aparılacaq.

İlham Məmmədzdə

Bütün xəbərlər Facebook səhifəmizdə