Fevralın 11-də Bakı Slavyan Universitetinin (BSU) rektoru, profesor Asif Hacıyev ali təhsil müəssisəsində müxtəlif fakültələr üzrə təhsil alan tələbələrin valideynləri ilə görüşüb. BSU-nun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə rektor, valideynlərə universitetdə tədris prosesi, Bolonya sistemi və təhsil sahəsində görülən digər işlər barədə məlumat verib. Bakı Slavyan Universitetində həyata keçirilən yeni islahatlarla bağlı professor Asif Hacıyev bilidirib ki, islahatlarda əsas məqsəd kafedraların və fakültələrin elmi-metodik potensialını artırmaq, fəaliyyətini Bolonya prosesinə daha da uyğunlaşdırmaq, tələbələrin mobilliyini artırmaq, digər ixtisaslardan əlavə fənlər götürmələrinə, eyni zamanda iki diplom almalarına daha geniş şərait yaratmaqdır. Rektor, valideynləri və ictimaiyyətin nümayəndələrini universitetin həyatında hərtərəfli iştiraka dəvət edib.
Görüş çərçivəsində valideynlərin fikirləri dinlənilib, irəli sürülən təkliflər barədə fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, valideynlərlə belə görüşlərin mütəmadi olaraq təşkili təhsil prosesinin daha da yüksək səviyyəli inkişafı üçün vacibdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB