Təhsil naziri Qazaxıstanın ölkəmizdəki səfiri ilə görüşüb

Təhsil naziri Qazaxıstanın ölkəmizdəki səfiri ilə görüşüb

Fevralın 10-da təhsil naziri Mikayıl Cabbarov Qazaxıstanın ölkəmizdəki səfiri Beybit İsabayev ilə görüşüb. Təhsil Nazirliyindən SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycan ilə Qazaxıstan arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın müəyyənləşdirdiyi hədəflərə uyğun olaraq, əməkdaşlığın perspektivləri müzakirə edilib, təhsil əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə