Almaniya-Azərbaycan Əməkdaşlıq Cəmiyyətinin nümayəndəsi BDU-da olub

Almaniya-Azərbaycan Əməkdaşlıq Cəmiyyətinin nümayəndəsi BDU-da olub

Almaniya-Azərbaycan Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Bakı ofisinin rəhbəri Oliver Köqler Bakı Dövlət Universitetinin (BDU) ekologiya və torpaqşünaslıq fakültəsində olub.

BDU-dan SİA-ya verilən məlumata görə, fakültənin dekanı, professor Nazim Şəmilov, yer quruluşu və kadastr kafedrasının müdiri, dosent Teymur Nizamzadə və universitetin digər əməkdaşlarının iştirak etdikləri görüşdə əməkdaşlığın genişləndirilməsi, görüləcək işlərlə bağlı müzakirələr aparılıb.

Eyni zamanda, Coğrafi İnformasiya Sistemləri üzrə avropalı mütəxəssisin cəlb olunması, yeni fənn kurikulumunun hazırlanması barədə ilkin razılıq əldə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə