Nazirlik: "Fevralın 26-da ilk dərs Xocalı soyqırımına həsr ediləcək"
Təhsil naziri Mikayıl Cabbarov Xocalı soyqırımının 24-cü ildönümünün qeyd edilməsi barədə əmr imzalayıb. Təhsil Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, əmrlə ali, orta ixtisas, ilk peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində fevral ayının 26-da ilk dərs Xocalı soyqırımına həsr ediləcək. Həmçinin əmrlə Xocalı soyqırımının 24-cü ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil nazirliyinin Tədbirlər Planı da təsdiq edilib.
Bildirilib ki, əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB