Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə 19 fevral saat 11:00-da Şamaxı rayonunda yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək . SİA-nın xəbərinə görə, Şamaxı, Qobustan, İsmayıllı və Qəbələ rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər qəbulda iştirak edə bilərlər.
Vətəndaşlar TQDK-nın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməli (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya TQDK-nın Göyçay regional bölməsinə (Ünvan: Göyçay şəhəri, Rauf İsayev küçəsi,43 Tel: (020) 274-66-74 ) müraciət etməlidirlər.
Bundan əlavə, qəbulda iştirak etmək istəyən vətəndaşlar Şamaxı, Qobustan, İsmayıllı və Qəbələ rayon Təhsil Şöbələrinə 10-18 fevral tarixlərində (şənbə, bazar və bayram günləri istisna olmaqla) qeydiyyat üçün müraciət edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB