Azərbaycan Universiteti Avropanın və Türkiyənin ən qabaqcıl universitetləri ilə beynəlxalq əlaqələrini genişləndirir, əməkdaşlıq çərçivəsində TEMPUS, "Erasmus+", "Mövlanə" layihə və mübadilə proqramlarında iştirak edir.
Universitetdən bildiriblər ki, bu ali məktəbin doqquz tələbəsi ikinci semestrdə təhsillərini xaricdə davam etdirəcəklər. Hazırda onlardan ikisi Almaniyanın Koblenz və İsveç Krallığının Lund universitetlərində oxuyur, iki tələbə isə Türkiyənin Hacettepe və Anadolu universitetlərində payız semestrinə aid bütün öhdəliklərini yekunlaşdıraraq vətənə qayıdıb. Xaricə göndərilən tələbələr təqaüd və yol xərci ilə təmin olunurlar.
Azərbaycan Universitetinin tələbələri hazırda təhsillərini Türkiyənin, Hollandiyanın, Almaniyanın, İtaliyanın və İsveç Krallığının müxtəlif ali məktəblərində uğurla davam etdirirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB