TQDK: "Buraxılış sinif şagirdləri haqqında məlumatların 92 % -i sistemə daxil edilib"
"Şagird-məzun" sisteminə məktəb əlaqələndiriciləri tərəfindən buraxılış sinif şagirdləri haqqında məlumatların 92 % -i daxil edilib. Bu göstərici ötən ilin fevral ayı ilə müqayisədə 13% yüksəkdir. Bu barədə SİA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.
Məlumata görə, Naxçıvan Muxtar Respublikasının Culfa, Kəngərli rayonu, Qax rayonu, Daşkəsən rayonu və Naftalan şəhərinin ümumtəhsil məktəblərində şagirdlər haqqında məlumatların "Şagird-məzun" sisteminə daxil edilməsi artıq sona çatıb.
Şabran və Zəngilan rayonlarında daxiletmə faizinin aşağı olduğunu nəzərə alaraq, bu rayonların təhsil şöbələri və ümumtəhsil məktəblərinin əlaqələndiricilərindən xahiş edilir ki, daxil edilməmiş məlumatların "Şagird-məzun" sisteminə əlavə edilərək təsdiq edilməsini təmin etsinlər.
Qeyd edək ki, məlumat sisteminə ümumilikdə 198 579 şagird haqqında məlumat daxil edilib ki, bunlardan 135 333-nün məlumatları təsdiq edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB