Bu gün Təhsil Nazirliyinin qəbul portalının təqdimatı keçirilib. SİA xəbər verir ki, portalın yaradılmasında məqsəd nazirliyə və tabe qurumlara müraciət edən vətəndaşların vəzifəli şəxslər tərəfindən qəbulunun asanlaşdırılması, qəbula yazılma prosesinin təkmilləşdirilməsi, müraciətlərə baxılmasının sürətləndirilməsi və keyfiyyətin yüksəldilməsidir.
Nazirliyin İnformasiya şöbəsinin müdir müavini Yaşar Zeynalov portal barədə məlumat verərək bildirib ki, bu vasitə iləTəhsil Nazirliyinin daxilində və tabeliyində olan qurumlarda vətəndaşların qəbullara yazılması, yönləndirilməsi, prosesin müşahidəsi, SMS göndəriş sistemi vasitəsilə qəbulun keçirilmə vaxtı barədə məlumatlandırılması, eləcə də vətəndaş məmnunluğunun öyrənilməsi təşkil ediləcək: "Portala daxil olan müraciətlərin statistikası aparılaraq təhlil ediləcək və toplanan statistik məlumatlar əsasında müvafiq hesabatlar hazırlanacaq".
Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov qeyd edib ki, qəbul portalının yaradılması Prezident İlham Əliyevin "Dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi haqqında" fərmanından və "Vətəndaşların müraciətləri haqqında" qanundan irəli gələn vəzifələrin icrası işinin səmərəliliyinin artırılması məqsədilərinə xidmət edir".
Daha sonra portaldan istifadəni təmin etmək üçün aidiyyəti əməkdaşlar üçün təlimlər keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB