Macarıstanda ali təhsil üçün sənəd qəbulu elan edilir

Macarıstanda ali təhsil üçün sənəd qəbulu elan edilir

"Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 2015-2017-ci illər üzrə İş Proqramı" çərçivəsində Macarıstanda bu ölkənin büdcəsi hesabına təhsil üçün sənəd qəbulu elan edilir. Təhsil Nazirliyindən bildiriblər ki, Azərbaycandan olan 200 tələbə Macarıstanda faydalı əsasda təhsil ala bilər. Proqrama əsasən, tam bakalavriat və magistratura pillələri üzrə kənd təsərrüfatı, su idarəetməsi, təbiət elmləri, davamlı inkişaf, tibb elmləri, turizm, mühəndislik, informasiya texnologiyaları, texnologiyalar, iqtisadiyyat, biznes və idarəetmə elmləri, doktorantura təhsili üzrə istənilən maraq dairəsi çərçivəsində təqaüdlər təklif edilir.

Ayrılan kvota çərçivəsində təhsil ödənişsizdir. Universitetin yataqxanasında yaşayış, tibbi sığorta, aylıq təqaüd Macarıstan tərəfindən qarşılanır.

Macarıstan ali təhsil müəssisələrində kvota çərçivəsində təhsil alacaq tələbələrin seçimi Təhsil Nazirliyi, tələbələrin ali təhsil müəssisələrinə yerləşdirilməsi isə Macarıstan tərəfindən həyata keçirilir.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatlarla elan vasitəsilə tanış olmaq mümkündür. Elan Təhsil Nazirliyinin internet saytında verilir.

Bütün xəbərlər Facebook səhifəmizdə