rn AMEA-nın üç bölməsi üzrə 2015-ci ildə doktoronturaya qəbulun nəticələri müzakirə edilib. SİA-nın xəbərinə görə, fevralın 3-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətində AMEA-nın Biologiya və Tibb Elmləri, Yer Elmləri və Aqrar Elmlər bölmələrində 2015-ci ildə fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktaranturaya qəbulun nəticələri müzakirə olunub. Tədbirdə iştirak edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə doktorantların dissertasiya mövzuları ilə tanış olub. Mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Akademik Akif Əlizadə bildirib ki, dissertasiya mövzuları müasir dövrdə elmin qarşısında duran əsas vəzifə və tələblərə uyğun seçilməli, tədqiqatlar cəmiyyətdə elmi-texniki tərəqqinin sürətləndirilməsinə töhfə verməlidir. AMEA rəhbəri onu da əlavə edib ki, hər bir namizədin mövzusu ilə bağlı apardığı elmi tədqiqat və araşdırmalar mühüm sosial-iqtisadi əhəmiyyət kəsb etməlidir.
AMEA rəhbəri elmi bölmələrə gələcəkdə də dissertasiya mövzularının seçilməsi zamanı müvafiq elmi sahənin perspektiv inkişafı üçün əhəmiyyətli mövzulara üstünlük verməsini tövsiyə edib.
(1).jpg)
(2).jpg)
(1).jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB