Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən növbəti səyyar qəbul fevralın 5-də 156 nömrəli məktəbdə keçiriləcək. SİA-nın xəbərinə görə, BŞTİ-dən verilən məlumatda bildiriblər ki, səyyar qəbula Xəzər, Pirallahı və Sabunçu rayonlarının məktəblərinin, məktəbdənkənar tərbiyə işi mərkəzlərinin müəllimləri və valideynlər müraciət edə bilərlər.
Səyyar qəbullar saat 10.00-da başlanacaq və vətəndaşların müraciətləri bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsi BŞTİ-nin rəhbərliyi və struktur bölmələrinin üzvlərindən ibarətdir.
Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparılması məqsədini daşıyır.
Məktəblərdə səyyar qəbullar keçirməklə müəllim və valideynləri narahat edən məsələlər BŞTİ-nin rəhbər şəxsləri tərəfindən öyrənilir, problemli məsələlər həll edilir, lazımi təşkilatı və maarifləndirmə tədbirləri görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB