Nazir qaliblərlə görüşdü

Təhsil naziri Mikayıl Cabbarov fevralın 2-də beynəlxalq fənn olimpiadalarının qalibləri ilə görüşüb. SİA-nın xəbərinə görə, M.Cabbarov şagirdlərin gələcəkdə daha böyük uğurlara nail olacağına və yüksək səviyyəli mütəxəssis kimi yetişəcəklərinə əminliyini bildirib. Təhsil naziri olimpiada qaliblərinin belə möhtəşəm nailiyyət əldə etməsində onların təhsil aldıqları məktəblərin və müəllimlərinin mühüm rolunu vurğulayıb, məktəblilərin ailələrinə və valideynlərinə minnətdarlığını bildirib.

Sonda beynəlxalq fənn olimpiadalarının qaliblərinə qiymətli hədiyyələr verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə