TQDK sədri: "Heç kimin uşaqlara zərbə vurmaq fikri yoxdur" AÇIQLAMA

TQDK sədri: "Heç kimin uşaqlara zərbə vurmaq fikri yoxdur" AÇIQLAMA

"Ölkədə struktur islahatları aparılır. Bu proses çərçivəsində hansı qərar veriləcəksə, biz ona tabe olacağıq". SİA-nın xəbərinə görə, bu fikirləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə TQDK və Təhsil Nazirliyinin birləşdiriləcəyi barədə məlumatlara münasibət bildirərkən deyib.

TQDK sədri bildirib ki, bununla bağlı hələlik hər hansı məlumat daxil olmayıb: "İslahatlar çərçivəsində nə qərar qəbul olunacaqsa, biz də tabe olacağıq. Mən üzümü abituriyentlərə, valideynlərə tutub deyirəm. Hansı qərarın verilməsindən asılı olmayaraq, heç bir dəyişiklik sizə təsir göstərməyəcək. Ölkə Prezidenti İlham Əliyevin apardığı siyasət insanları qorumağa hesablanıb. Heç kimin 11 il əziyyət çəkən uşaqlara zərbə vurmaq fikri yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə